İsrailin Suriyada son hava hücumunun təfərrüatları məlum olub- Hədəf İran və Hizbullahın silah anbarı imiş

İsrailin Suriyada son hava hücumunun təfərrüatları məlum olub- Hədəf İran və Hizbullahın silah anbarı imiş

GünAz TV: İsrailin Suriyada həyata keçirdiyi son hava əməliyyatının təfərrüatları məlum olub.

 

Mayın 17-də baş tutmuş əməliyyatla bağlı Suriyanın rəsmi xəbər agentliyi- “SANA” məlumat yaymışdı. Həmin məlumatda bildirilirdi ki, Suriya Hava Hücumundan Müdafiə Qüvvələri İsrail tərəfindən Əl-Qüneytirə bölgəsinə atılmış raketləri akşar və bəzilərini məhv edib. Lakin agentlik hədəfin Suriya hərbi qüvvələri və ya digər qruplaşmalar olub-olmadığı, eləcə də tələfatla bağlı heç bir məlumat verməmişdi.

 

Bu xəbərin yayılmasından 2 gün sonra, mayın 19-da Suriya İnsan Haqları Təşkilatının rəhbəri Rami Əbdürrəhman hücumun hədəfinin bu ölkənin Əl-Kisvə bölgəsində yerləşən İran və Hizbullaha məxsus silah anbarı olduğunu deyib.

 

Onun sözlərinə görə, ötən həftənin cümə günü hücum ərəfəsində Dəməşqin cənub qərbində 3 partlayış səsi eşidilib. Bu partlayışların səbəbi İsrailin İran və Hizbullaha məxsus silah anbarına endirdiyi raket zərbələri olub.

 

Əbdürrəhman əlavə edib ki, İsrail bundan öncə də dəfələrlə Əl-Kisvədə yerləşən İrana məxsus hədəflərə hava zərbələri endirib.

 

Qeyd etmək lazımdır ki, İsrail cari il ərzində bundan öncə də bir neçə dəfə Suriyada İrana məxsus hərbi obyektlərə qarşı hücum həyata keçirib.

 

İlk hücum 2019-cu ilin yanvar ayında həyata keçirilmişdi. Suriya İnsan Haqları Təşkilatının məlumatına əsasən, bu hücumda əksəriyyəti “Sepah” üzvü olmaqla, ən azı 21 nəfər həlak olmuşdu.

 

Bundan sonrakı hücum isə aprelin 13-nə təsadüf etmişdi. İsrailin Suriyanın Həma vilayətində İrana məxsus hərbi hədəfləri bombalaması nəticəsində çoxlu sayda yaraqlı öldürülmüşdü. “SANA” bu əməliyyatda yalnız 3 nəfərin yaralandığı barədə məlumat yaysa da, Suriya İnsan Haqları Təşkilatı hücum nəticəsində çoxlu sayda “Sepah” terror təşkilatı üzvünün, eləcə də İrana bağlı yaraqlıların həlak olduğunu bildirmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN