İsrailli general: “Suriyada İranın hərbi mövqelərinə qarşı hücumlarda “F-35” qırıcılarından istifadə etmişik

İsrailli general: “Suriyada İranın hərbi mövqelərinə qarşı hücumlarda “F-35” qırıcılarından istifadə etmişik

 GünAzTV: İsrail hava qüvvələrinin komandanı, general Amikam Norkin Suriyada “Sepah”ın “Qüds” qanadı qüvvələrinə qarşı hava hücumlarında istifadə etdikləri qırıcılardan danışıb.

 

Mayın 22-də “Hertsiliya” hərbi bazasında İsrailin müttəfiqi olan 20-dən çox ölkənin hava qüvvələri komandanlarının toplantısında çıxış edən general Norkin bildirib ki, İsrail son həftələrdə Suriyada İranın hərbi qərargahlarına qarşı dağıdıcı zərbələr endirib: “İsrail, Amerika istehsalı olan “F-35” qırıcılarından onun özündən əvvəl istifadə etməyə başlayıb. Belə ki, biz son həftələrdə Suriyada “Sepah”ın “Qüds” qanadının hərbi bazalarına qarşı həyata keçirdiyimiz hava hücumlarında “F-35” qırıcılarından istifadə etmişik.

 

Suriyanın hökumət qüvvələri  bizim “F-35” qırıcılarımıza qarşı 100-dən çox raket atsalar da, istənilən nəticəni ala bilmədilər. Daha doğrusu, suriyalılar öz raketlərini boşuna hədər verdilər”.

 

General Norkin öz çıxışı zamanı həm də, İsrailin “F-35” qırıcılarının Suriyada İranın hərbi qüvvələrinə qarşı həyata keçirdiyi hücumundan çəkilmiş şəkillər nümayiş etdirib.

 

Qeyd edək ki, son həftələr, İsrail ordusu raket və qırıcılardan istifadə edərək Suriyada İranın hərbi qərargahlarına qarşı dağıdıcı zərbələr endirib. Hücumlarda onlarla “Sepah”çı öldürülüb.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN