İsveçdə İran casusu həbs edilib

İsveçdə İran casusu həbs edilib

GünAz TV: İsveç mətbuatında 46 yaşlı kişinin İranın xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda ittiham edildiyilə bağlı məlumatlar yayılıb.

 

Həmin şəxs İrana casusluq etdiyi üçün 7 ay öncə saxlanılıb və hazırda təcridxanadadır. O, İran xüsusi xidmət orqanlarının tapşırığı ilə Avropa ölkələrində terror aktları törətməyi planlaşdırırmış.

 

Həmin şəxsin adı açıqlanmasa da, məlumatlarda onun təqribən 10 il öncə İranı tərk etdiyi və İsveç vətəndaşlığı qəbul etdiyi qeyd edilir. O, İsveçdə ərəbdilli qəzetlərdən birində jurnalist kimi fəaliyyət göstərirmiş.

 

Qeyd etmək lazımdır ki, 2018-ci ilin sentyabrında Danimarka polisi qəfildən İsveç ilə olan sərhəddini bağlamışdı. Sonralar bu addımın İran rejiminin müxaliflərindən birinə qarşı terror aktı keçirməyi planlaşdıran fərd ya fərdlərin saxlanılması üçün keçirilmiş əməliyyat çərçivəsində atıldığı bildirilmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN