İsveçdə terror törədilib: Ölən və yaralananlar var

İsveçdə terror törədilib: Ölən və yaralananlar var

GünAz TV: İsveçin paytaxtı Stokholmda sürücü yük maşınını kütlənin üzərinə sürüb.

 

Hadisə nəticəsində 3 nəfər həlak olub, xəsarət alanlar var.

 

Hadisə yerində polis və təcili tibbi yardım heyəti çalışır.

 

İsveçin baş naziri Stefan Löven bildirib ki, "bütün əlamətlər onu göstərir ki, baş verən hadisə terror aktıdır”.

 

Yük avtomobilinin məxsus olduğu "Spendrups” şirkəti avtomobilin qaçırıldığını açıqlayıb.

 

Polisin şübhəli şəxsi saxladığı bildirilir.

 

N.S

             


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN