İzə şəhərində silahlarılarla atışmada 3 polis yaralanıb, 1 polis rəisi öldürülüb

İzə şəhərində silahlarılarla atışmada 3 polis yaralanıb, 1 polis rəisi öldürülüb

GünAz TV: Mayın 27-si axşam saatlarında Xuzistan vilayətinin İzə şəhərində İran polisi ilə silahlı şəxslər arasında atışma baş verib.

 

Nəticədə 3 polis güllə yarası alıb. Onların vəziyyətinin necə olduğu barədə heç bir məlumat verilmir.

 

Atışmada İzə şəhər 12 saylı polis bölməsinin rəisi Kuruş Zəndinin öldürüldüyü bildirilir. Amma hələ ki, İran Daxili İşlər Nazirliyi bu məlumatı nə təsdiq, nə də təkzib edib.

 

Xatırladaq ki, eyni gündə Kirmanşah vilayətinin İslamabad Qərb rayonunun polis idarəsinin cinayət-axtarış şöbəsinin müdiri Kuruş Hacımuradi də naməlum silahlı şəxslərlə atışmada öldürülmüşdü.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN