İzmirdə məhkəmə qarşısında partlayış törədilib, ölən və yaralananlar var - VİDEO

İzmirdə məhkəmə qarşısında partlayış törədilib, ölən və yaralananlar var - VİDEO

GünAz TV: Dekabrın 5-də Türkiyə vaxtı ilə saat 16.00 İzmirdə məhkəmə binası qarşısında partlayış törədilib, hadisə nəticəsində 1 polis və 1 məhkəmə işçisi şəhid olub, 10 nəfərin isə yaralandığı bildirilir.

 

Məhkəmə binası qarşısında törədilən terror aktının təfərrüatları məlum olub.

 

Terrorçuların olduğu iki avtomobil məhkəmə binasının qarşısındakı duracağa daxil olmağa çalışıb, ancaq polis bunun qarşısını alıb. Bunu görən terrorçular avtomobillərdən birini partladıb. Sonra atışma başlayıb. Terrorçulardan biri orada, digəri isə 150 metr uzaqlıqda öldürülüb. Digər terrorçunun axtarışı davam edir.

VİDEO:

https://www.youtube.com/watch?time_continue=3&v=spSPwIuIUUw

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN