Jan İv Le Drian: “İran, bizi narahat edən mövzular barədə danışıqlar aparmaqdan boyun qaçıra bilməz”

Jan İv Le Drian: “İran, bizi narahat edən mövzular barədə danışıqlar aparmaqdan boyun qaçıra bilməz”

GünAzTV: Fransanın xarici işlər naziri Jan İv Le Drian avqustun 30-da Vyanada keçirilən Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında çıxış edərək, İranın Orta Şərqdə gedən münaqişələrdəki rolundan, onun ballistik raket proqramından və nüvə sazişindən danışıb.

 

O bildirib ki, İran inkişaf etdirməkdə olduğu ballistik raket proqramını dayandırmalı, Orta Şərqin sabitliyinə qarşı yönəlmiş dağıdıcı əməllərindən əl çəkməlidir: “Hesab edirik ki, İran nüvə sazişinin əsas üsullarına riayət etməlidir. Şəxsən düşünürəm ki, İran bu günə qədər bunu edib və nüvə razılaşmasına (“Bərcam”) hörmətlə yanaşıb.

 

Lakin İran, bizi narahat edən digər mövzular haqda, yəni apardığı ballistik raketlər proqramı və Orta Şərqdə cərəyan edən münaqişələrdəki rolu barədə danışıqlar aparmaqdan boyun qaçıra bilməz. Düşünürəm ki, biz İranla bu üç məsələ barədə, müzakirələr aparmalıyıq. İran bizim bu üç məsələ ilə bağlı mövqeyimizdən xəbərdar olmalıdır. Bu isə mənim Vyanadan İran rəhbərlərinə göndərdiyim bir mesajdır”.

 

Qeyd edək ki, rəsmi Tehran dəfələrlə bildirib ki, özünün ballistik raketlər proqramı və əldə olunmuş nüvə sazişi barədə heç kəslə danışıqlar aparmayacaq.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN