Jan İv Le Drian: “İranın regional ekspansionist siyasəti qəbuledilməzdir”

Jan İv Le Drian: “İranın regional ekspansionist siyasəti qəbuledilməzdir”

 GünAzTV: Fransanın xarici işlər naziri Jan İv Le Drian dekabrın 12-də “Frans 2” telekanalına müsahibəsində İranın regionda, o cümlədən də Aralıq dənizində yürütdüyü dağıdıcı və ekspansionist siyasətini pisləyib.

 

İranın regional ekspansionist siyasətini kəskin tənqid edən Jan İv Le Drian bildirib ki, rəsmi Paris, İranın Aralıq dənizində hərbi nüfuzunu gücləndirməsini qəbul etməyəcək: “İran, özünə tabe silahlı qruplaşmaları səfərbər edərək Livan “Hizbullah”ına dəstək verir, Aralıq dənizində hərbi nüfuzunu gündən-günə artırmağa çalışır. Bu isə qəbuledilməzdir. Hesab edirik ki, Suriya yenidən müstəqil bir ölkəyə çevrilməli, heç bir ölkə ona təzyiq göstərməməli, digər ölkələrin, o cümlədən də İranın Suriya ərazilərində hərbi mövcudluğu olmamalıdır.

 

Düşünürəm ki, Suriyada cərəyan edən 6 illik savaşa son qoymaq üçün Tehranla Moskanın BMT Təhlükəsizlik Şurası ilə əməkdalıq etməsinin vaxtı gəlib çatıb”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN