Jan İv Le Drian: “Tehranın ballistik raketlər proqramı haqda danışıqlar nəticə verməsə, İrana qarşı ağır sanksiyalar tətbiq edəcəyik”

Jan İv Le Drian: “Tehranın ballistik raketlər proqramı haqda danışıqlar nəticə verməsə, İrana qarşı ağır sanksiyalar tətbiq edəcəyik”

GünAzTV: Fransanın xarici işlər naziri Jan İv Le Drian yanvarın 25-də bəyanat yayaraq, İranın ballistik raket proqramından və bununla bağlı Tehranla aparılan müzakirələrdən danışıb.

 

O bildirib ki, İran nüvə başlığı daşımağa qadir olan ballistik raketlərin inkişafı ilə bağlı apardığı bütün fəaliyyətlərini dərhal dayandırmalıdır: “Tehranın ballistik raketlər proqramı haqda apardığımız danışıqlarımız nəticə verməsə, İrana qarşı ağır və daha geniş sanksiyalar tətbiq edəcəyik. Biz artıq buna hazırıq və müzakirələrimiz nəticə verməsə, Tehrana qarşı daha qətiyyətli addımlar atacağıq”.

 

Jan İv Le Drianın bəyanatının yayılmasından az sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi jurnalistlərə açıqlamasında onun bu bəyanatına reaksiya verib.

 

Bəhram Qasimi

 

Qasimi bildirib ki, əgər Avropa Birliyi İrana qarşı sanksiya qoysa, islam respublikası onunla münasibətlərinə yenidən baxacaq: “Bir daha bildiririk ki, bizim raket proqramımız müdafiə xarakteri daşıyır. Bu proqram, ölkəmizin milli təhlükəsizliyinin zəmanətidir və biz onu daha da gücləndirəcəyik. İranın raket proqramı və onun bu xüsusdakı qabiliyyətləri hər hansı bir müzakirə mövzusu ola bilməz. Biz İranla Fransa rəsmiləri arasında keçirilən müxtəlif görüşlərimizdə və apardığımız danışıqlarda da bunu fransızlara bildirmişik”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN