K.Cahanpur: “İranda daha 137 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 1812-nəfərə çatıb” – (yenilənmiş statistika)

K.Cahanpur: “İranda daha 137 nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 1812-nəfərə çatıb” – (yenilənmiş statistika)

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 23-də jurnalistlərlə görüşündə ölkədə koronavirus qurbanlarının ötən 24 saat ərzindəki  yeni statistikasını yayıb.  

 

O deyib ki, ötən bir sutka ərzində İranın 56 laboratoriyasında daha 1411 nəfərin “Covid-19” virusuna yoluxduğu təsdiq edilib: “Təəssüflər olsun ki, dünən gündüz saatlarından bu günə qədər ölkənin müxtəlif şəhər və əyalətlərində daha 137 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu günə qədər ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1812 nəfərə, virusa yoluxanların ümumi sayı isə 23 min 49 nəfərə yüksəlib.

 

 

Xoşbəxtlikdən, bu günə qədər koronavirusdan sağalıb xəstəxanalardan evə buraxılanların sayı da artaraq, 8376 nəfərə çatıb” -deyə, İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə  bu günə qədər koronavirusa yoluxanların sayının 23049 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 1812 nəfərə yüksəldiyini bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilən rəqəmlərdən 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN