Kanada universitetlərindən biri Nəsrin Sütudəyə fəxri doktorluq verəcək

2020-01-29 16:41

GünAz TV: Kanadanın “Queen's” Universiteti İranda məhkumluq həyatı yaşayan hüquqşünas Nəsrin Sütudəyə fəxri doktorluq verəcək.

 

Universitetin yaydığı bəyanatda bu qərara səbəb kimi onun azadlıq uğrunda etdiyi mücadilə göstərilir.

 

Bir müddət əvvəl sözügedən ali təhsil müəssisənin 500 tələbəsi və 50-dən çox müəllimi Nəsrin Sütudəyə fəxri doktorluq təqdim edilməsi ilə bağlı universitet rəhbərliyinə məktub ünvanlamışdılar.

 

Xatırladaq ki, xanım Sütudə “milli təhlükəsizlik əleyhinə təbliğat və çalışma”, “yalan yayma” və “ictimaiyyəti kütləvi itaətsizliyə təşviq etmə” kimi saxta ittihamlarla ümumilikdə 33 il həbs və 148 şallaq zərbəsinə məhkum edilib. İran Cinayət Məcəlləsinə əsasən, o, 12 ildən tez əfv də daxil olmaqla, heç bir halda azadlığa çıxa bilməz. O, 2018-ci ilin iyun ayında öz evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdı.

 

Amnesty İnternational, digər beynəlxalq insan haqları təşkilatları və Avropa ölkələri dəfələrlə İrandan Nəsrin Sütudəni dərhal azadlığa buraxmağı tələb ediblər.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.24.2020: Səudi Ərəbistan Kralı İranın yayılmaçı siyasətini tənqid etdi

2020-09-24

gun az article

İranda koronavirusla mübarizəyə ayrılmış pullardan 70%-dən çoxu "yoxa çıxıb"

2020-09-24

gun az article

İsraildə iki həftəlik sərtləşdirilmiş ümummilli karantin rejimi elan olunub

2020-09-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 25 000 nəfəri keçib

2020-09-24

gun az article

Səhhəti ağır vəziyyətdə olan Nəsrin Sütudə xəstəxanadan həbsxanaya geri qaytarılıb

2020-09-24

gun az article

Əlirza Zali: “Gələn həftə Tehranda xəstəliklə bağlı vəziyyət çox ağır olacaq”

2020-09-24

gun az article

İranın 3 Avropa ölkəsində olan səfirləri bu ölkələrin Xarici İşlər Nazirliklərinə çağırılıb: Həbslər və siyasi repressiyaya görə

2020-09-24

gun az article

Əlbürz əyalətində daha 12 nəfər koronavirusdan vəfat edib

2020-09-24

gun az article

Səudiyyə Kralı İrana qarşı daha kəskin tədbirlərin görülməsini istəyib

2020-09-24

gun az article

Tehran-Zəncan şosesində ağır qəza: Yerüstü keçid uçub, ölən və yaralananlar var

2020-09-24

gun az article

İranda dollar uçmaqda davam edir, 1 dollar 28 120 tümən

2020-09-24

gun az article

İranda dolların məzənnəsində yeni rekord qeydə alınıb

2020-09-23

gun az article

İranda daha 184 nəfər “Covid-19”dan ölüb, 3605 yeni növ koronavirusa yoluxma halı aşkarlanıb

2020-09-23

gun az article

Zərifin Türkiyəyə nəzərdə tutulan səfəri son anda ləğv edilib

2020-09-23

gun az article

"Sepah" işçiləri Nazənin Zağəriyə təzyiq göstərirlər

2020-09-23

gun az article

İranın Əlbürz əyalətində daha 13 nəfər koronavirusdan ölüb

2020-09-23

gun az article

Tehranda dondurma zavodunda güclü yanğın baş verib- VİDEO

2020-09-23

gun az article

İran Tibb Sistemi Təşkilatının baş direktoru koronavirusa yoluxub

2020-09-23

gun az article

Səudiyyə Ərəbistanı: "İranla hər cür razılaşma nüvə silahının yayılmaması ilə nəticələnməlidir"

2020-09-23

gun az article

Hormozqan əyalətində 4.2 bal gücündə zzəlzələ olub

2020-09-23