Kanadada iranlı üzvləri də olan mütəşəkkil dəstə həbs edilib

Kanadada iranlı üzvləri də olan mütəşəkkil dəstə həbs edilib

GünAz TV: Kanada rəsmiləri İran, Çin, Livan, Birləşmiş Ərəb Əmirlikləri və Amerikada olan qeyri-rəsmi əlaqələri vasitəsi ilə çirkli pulların yuyulması əməliyyatı ilə məşğul olan mütəşəkkil transmilli dəstəni saxladıqları barədə məlumat yayıb.

 

Məlumata əsasən, pullar yuyulduqdan sonra dünya qara bazarına təqdim edilən narkotik vasitələrin əsas ixracatçısı sayılan Meksika və Kolumbiya kimi ölkələrə qaytarılırmış. Kanada polisinin fevralın 11-də Ontario və Kvebek şəhərlərində keçirdikləri əməliyyat nəticəsində 17 nəfər 32 milyon 800 min dollar ilə birlikdə saxlanılıb.

 

Kanadanın “CBC” kanalı saxlanılan şəxslərdən bəzilərinin adlarını açıqlayıb. Onlar 56 yaşlı Nadir Geramiyannik, 28 yaşlı Taniya Geramiyannik, 45 yaşlı Səhər Şücai, 55 yaşlı Məhəmmədrza Şeyx Həsəni, 38 yaşlı Şəbnəm Mənsuridirlər.

 

Xatırladaq ki, bu iranlıların pul yuma əməliyyatı ilə bağlı ilk həbs edilmə faktı deyil. Daha əvvəllər də sanksiyalardan yayınmaq üçün İran rəsmiləri ilə əlaqəli olan və çirkli pulların yuyulması işlərini həyata keçirən Rza Zərrab kimi bir neçə şəxs ya Qərbdə, ya da İranın öz daxilində hakimiyyət qüvvələri arasında olan çəkişmələr səbəbindən həbs ediliblər.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN