Kazerunda yeni ərazi bölgüsünün aparılmasının tərəfdarları etiraza qalxaraq Buşehr və Xuzistana gedən yolları bağlayıblar – FOTOLAR və VİDEOLAR

Kazerunda yeni ərazi bölgüsünün aparılmasının tərəfdarları etiraza qalxaraq Buşehr və Xuzistana gedən yolları bağlayıblar – FOTOLAR və VİDEOLAR

GünAzTV: İranın Fars əyalətinin Kazerun şəhərinə tabe olan Qaemiyyə və Şahçinar bölgələrinin sakinləri mayın 27-də dinc etiraz aksiyaları keçirərək bu iki məntəqənin Kazerundan ayrılaraq yeni bir şəhərin  yaradılmasını tələb ediblər.

 

Bölgədə yeni ərazi bölgüsü aparılması tərəfdarlarının etiraz aksiyaları, İranın Daxili İşlər Nazirliyinin bəyanat yayaraq, Kazerunda yeni ərazi bölgüsünün dayandırılmasını elan etməsindən 10 gün sonraya təsadüf edib.

 

Kazerunlulardan fərqli olaraq, bölgədə yeni ərazi bölgüsünün aparılmasının tərəfdarı olduqlarını bildirən minlərlə etirazçı, əhalisinin əksəriyyətini Qaşqay türkləri və lorlar təşkil edən Qaemiyyə (keçmiş adı “Kuhmərə Nodan”) və Şahçinar məntəqələrinin Kazerundan ayrılmasını və “Kuhçinar” adlı yeni bir şəhərin təsis edilməsini tələb ediblər.

 

Qaemiyyə və Şahçinar əhalisinə qarşı ayrı-seçkiliyə son qoyulması tələbi ilə şüarlar səsləndirən etirazçılar, hökumət qüvvələrinin etirazları yatırtmaq üçün məntəqəyə cəlb edildiyini və onların özlərinə qarşı zorakılığını görəndən sonra, Buşehr və Xuzistan əyalətlərinə gedən bütün yolları iri daş, kərpic və dəmirlərlə bağlayıblar. Etirazlarda tutulub-tutulmayanlar barədə hər hansı bir məlumat yayılmayıb. Hazırda bölgədə vəziyyətin gərgin olduğu bildirilir.

 

Xatırladaq ki, bölgədə yeni ərazi bölgüsünün aparılmasına qarşı çıxan minlərlə Kazerun əhalisinin mayın 16-sı axşam saatlarından başlatdığı və gecə saatlarına qədər davam etdiyi dinc etirazı hüquq-mühafizə qüvvələrinin və mülki geyimli təhlükəsizlik qüvvələrinin zorakılığı nəticəsində qana boyanıb. Hüquq-mühafizə qüvvələrinin yürüş iştirakçılarına odlu silahdan atəş açması nəticəsində ən azı 4 etirazçı həlak olub, onlarla insan yaralanıb, 100-dən çox aksiyaçı həbs edilib. Nəticədə polis zorakılığını görən görərək rejimə qarşı şüarlar səsləndirən etirazçılar, bir polis məntəqəsini və bir neçə polis avtomobilini yandırıblar.

 

İranın Daxili İşlər Nazirliyi mayın 17-də bəyanat yayaraq, Kazerun şəhərində yeni ərazi bölgüsünün müvəqqəti olaraq dayandırılmasından xəbər verib.

 

 

 

 

 

 

VİDEOLAR:

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN