Keniya Ali Məhkəməsi “Sepah”ın “Qüds Briqadası”nın 2 üzvünə qarşı terrorizm ittihamı ilə çıxarılmış 15 il həbs hökmünü qüvvədə saxlayıb

Keniya Ali Məhkəməsi “Sepah”ın “Qüds Briqadası”nın 2 üzvünə qarşı terrorizm ittihamı ilə çıxarılmış 15 il həbs hökmünü qüvvədə saxlayıb

GünAz TV: Keniya Ali Məhkəməsi “Sepah”ın “Qüds Briqadası”nın 2 üzvünə qarşı terror hücumları planlaşdırmaqla bağlı çıxarılmış 15 il həbs hökmünü təsdiqləyib.Bu iki şəxs ilk öncə ömürlük həbsə məhkum edilsələr də, daha sonra onlar barəsində çıxarılmış hökm 15 ilə endirilib.

 

Martın 17-si məsələ ilə bağlı mətbuata açıqlama verən İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bu hökm səbəbindən İranın Keniyadakı səfirinin geri çağırıldığını deyib.

 

Onun sözlərinə görə, Əhməd Əbulfəthi və Mənsur Müsəvi cümə günü azad edilməli olsalar da, Ali Məhkəmə onlara qarşı çıxarılmış hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

 

İran hökmdən narazı qaldığından, fevralın 16-da bu hökmlə bağlı Tehranın rəsmi şikayətini Keniyanın bu ölkədə akreditə olunmuş səfirinə təqdim edib.

 

Qeyd etmək lazımdır ki, “Sepah”ın “Qüds Briqadası”nın üzvləri olan bu iki şəxs 2013-cü il mayın 6-da 15 kiloqram partlayıcı maddə ilə birlikdə həbs ediliblər. Keniya polisinin bildirdiyinə görə, onlar ölkə ərazisində silsilə terror aktları törətməyi planlaşdırırmışlar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN