Kennet Makkenzi Mərkəzi Komandanlığın İranın hər bir təhlükəli addımına cavab verəcəyini deyib

Kennet Makkenzi Mərkəzi Komandanlığın İranın hər bir təhlükəli addımına cavab verəcəyini deyib

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının başçısı, general Kennet Makkenzi bildirib ki, ölkəsi İranın hər cür təhlükəli davranışına cavab vermək üçün bütün imkanlara sahibdir.

 

“Aprelin 27-də Sky News” televiziyası ilə müsahibəsi zamanı general “Amerikanın milli müdafiə strategiyasının İran üzərində cəmləşdiyi”ni və rəsmi Tehranın regionda əsas problemlərdən biri olduğunu deyib.

 

“İranın region və dünyaya terrorizm ixrac etməsi uzun müddətli təhdid sayılır. Biz regionda olan müttəfiq və dostlarımızla İranın təhdidləri qarşısında birliyimiz olduğundan əmin olmaq üün koordinasiyalı şəkildə hərəkət edirik”- deyə Kennet Makkenzi əlavə edib.

 

Xatırladaq ki, aprelin əvvəllərində ABŞ-ın “Sepah”ı xarici terror təşkilatları siyahısına daxil etməsi İran rəsmiləri, eləcə də “Sepah” komandanlarının təhdidləri ilə müşayiət olunur. Rəsmi Tehran buna cavab olaraq, ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığını “terror təşkilatı” kimi tanıdığını bəyan edib.

 

Birləşmiş Ştatların Silahlı Qüvvələrin Mərkəzi Komandanlığı (Sentkom-red.) Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrika ölkələrində fəaliyyət göstərir. General Kennet Makkenzi bu yaxınlarda Sentkomun komandanı təyin edilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN