Kərəc zindanında daha 1 gənc məhkum edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

Kərəc zindanında daha 1 gənc məhkum edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

GünazTV: İranda qətldə təqsirli bilinən daha 1 gənc məhkum edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Kərəcin Rəcayişəhr zindanında saxlanılan və naməlum səbəbə görə qətl törətməkdə günahlandırılaraq barəsində ölüm hökmü çıxarılmış gənc məhkum Mehdi Dəlir, oktyabrın 7-də edama hazırlaşmaq üçün təkadanmlıq kameraya köçürülüb.

 

Bununla da son bir həftədə Rəcayişəhr zindanında edam ərəfəsində olduğu üçün təkadamlıq kameralara köçürülən məhkumların sayı 2 nəfərə çatıb. Xatırladaq ki, oktyabrın 2-də qətl ittihamı ilə Milad Lütfi (Tuxs Əli) adlı daha bir məhkum edama hazırlıq üçün təkadamlıq kameraya köçürülmüşdü.

 

Hər iki məhkumun yaxın saatlar və ya günlərdə dara çəkilməsi gözlənilir.

 

Məhkum Milad Lütfi (Tuxs Əli)

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN