Kərəcli etirazçılar: “Bizim cındır liderimiz, bizə bir utanc, başı aşağılıqdır” . Etirazlara Tehran da qoşuldu- 16 VİDEO

Kərəcli etirazçılar: “Bizim cındır liderimiz, bizə bir utanc, başı aşağılıqdır” . Etirazlara Tehran da qoşuldu- 16 VİDEO

GünAzTV: İranda ölkə və əhalinin ağır iqtisadi durumuna, insanların məişət şəraitinin gündən-günə çətinləşməsinə, milli valyutanın (rial) dollar qarşısında dəyərini kəsin itirməsinə, inflyasiya və bahalığa, eləcə də rejimin müdaxiləçi xarici siyasətinə qarşı kütləvi etirazlar daha geniş vüsət alaraq, paytaxt Tehrana və daha bir neçə şəhərə yayılıb.

 

Avqustun 2-də Kərəc, Tehran, Həmədan, Vəramin, Şiraz, Məşhəd, İsfahan və Əhvaz şəhərlərində yüz minlərlə insan günorta və axşam saatlarında küçə və meydanlara axışaraq molla rejiminə və İranın dini lideri axund Əli Xamneyiyə qarşı sərt şüarlar səsləndiriblər.

 

“Top, tank, fişfişədən qorxmuruq, cəhənnəm olsun axundlar”, “Diktatora ölüm”, “Xamneyiyə ölüm”, “Bizim cındır liderimiz, bizə bir utanc, başı aşağılıqdır”, “Qəzzə və Livana yox, İrana canım qurban”, “Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən və məmləkətdən əl çək”, “Bişərəf, bişərəf” və digər şüarlar səsləndirən dinc etirazçılar rejim başçılarının ölkəni idarə etməkdə səriştəsizliyinə etiraz bildiriblər.

 

İsfahanda etirazçılar hökumət qüvvələrinin onlara qarşı gözyaşardıcı və bibər qazından istifadə etməsindən sonra bir neçə təkəri və zibil yeşiyini yandıraraq polis və mülki geyimli təhlükəsizlik qüvvələrini daşa basıblar. Kərəcin Gövhərdəşt məntəqəsində isə etirazçılar Rəcayişəhr zindanının qapılarını qırıb orada saxlanan siyasi məhbusları azad etməyə çalışsalar da, hökumət qüvvələrinin hücumuna məruz qalaraq buna nail ola bilməyiblər.

 

Tehranın Təcriş məntəqəsində, eləcə də Vəliyyi-əsr dörd yolunda və “Daneşcu” parkı ətrafında toplaşan minlərlə etirazçı polisin onlara atdığı gözyaşardıcı qazı zərərsizləşdirmək üçün zibil yeşiklərini yandıraraq, “Top, tank, fişfişədən qorxmuruq, axundlar cəhənnəm olmalıdır”, şüarını səsləndirərək polis qüvvələri ilə qarşı-qarşıya gəliblər. Gecə saatlarına qədər davam edən etirazlarda bir neçə aksiyaçının polis tərəfindən həbs edildiyi bildirilir.

 

Əhvazda isə küçələrdə toplaşan on minlərlə etirazçı “Bizə yalandan deyirlər ki, Amerika düşmənimizdir, halbuki bizim əsl düşmənimiz buranın özündədir” şüarı səsləndirərək, rejimin vəhşi və əli dəyənəkli motosikletçi qüvvələrini fitə basıblar.

 

Hazırda etirazların keçirildiyi şəhərlərdə və bəzi digər məntəqələrdə elan olunmamış bir növ fövqəladə vəziyyətin hökm sürdüyü, küçə və meydanların polis nəzarətinə götürüldüyü bildirilir.

 

VİDEOLAR:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN