Kərkükdə komendant saatı elan edildi

Kərkükdə komendant saatı elan edildi

GünAz TV:İraqın Kərkük şəhərində komendat saatı elan edilib.

 

Şəhərdə sabah səhərə qədər küçəyə çıxmaq qadağan edilib.

 

İraq Baş naziri Heydər Abadi tərəfindən müvəqqəti mer təyin olunan Rakan Cuburi isə keçirdiyi mətbuat konfransında şəhərin təhlükəsizliyindən polis qüvvələrinin məsuliyyət daşıyacağını bildirib.

 

Oktyabrın 15-indən hərbi əməliyyata başlayan İraq ordusu kürd peşmərgə qüvvələri ilə cüzi qarşıdurmadan sonra dünən şəhərdə nəzarəti ələ keçirib.

 

İraqın baş naziri Heydər əl-Abadi Kərkük və digər mübahisəli bölgələrdə İraq bayrağı qaldırılması təlimatını verib.

 

İraq Kürq Regional Hökumətinin rəhbəri Məsud Barzani peşmərgə qüvvələrinə müraciət edərək onları İraq rəhbərliyinə tabe olmağa çağırıb. Peşmərgə qüvvələri Kərkükün cənubundakı mövqelərdən geri çəkilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN