Kərkükdə silsilə partlayışlar olub - Ölənlər və yaralananlar var

Kərkükdə silsilə partlayışlar olub - Ölənlər və yaralananlar var

GünAz TV: İraqın Kərkük şəhərində bir neçə partlayış olub. 

 

"Report" xəbər veriri li, partlayışlar nəticəsində 6 nəfər həlak olub.

 

Bildirilir ki, şəhərin müxtəlif yerlərində fərqli saatlarda partlayıcı maddələr və partlayıcı qurğularla dolu avtomobillər partladılıb.

 

Rudaw kanalının məlumatına görə, hücumların nəticəsində 18 nəfər yaralanıb. 

 

Daha əvvəl, İraqın Mosul şəhərində partlayıcı maddə ilə dolu bir avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN