Kərrubinin tələblərindən biri yerinə yetirilib, o aclığı dayandırıb

2017-08-18 12:56

GünAzTV: İrandakı “yaşıl hərəkat”ın 6 ildən çoxdur ev dustaqlığında saxlanılan əsas liderlərindən sayılan Mehdi Kərrubi, tələblərindən biri yerinə yetirildikdən sonra quru aclıq aksiyasını dayandırıb.

 

Bu barədə Mehdi Kərrubinin oğlu Məhəmmədtağı Kərrubi avqustun 17-si axşam saatlarında jurnalistlərə açıqlama verib. O bildirib ki, hökumət, təhlükəsizlik əməkdaşlarının atasının saxlanıldığı evdən çıxması tələbi ilə razılaşıb və buna təzminat verib: “Səhiyyə naziri Həsən Qazizadə Haşimi və ETTELAAT nazirinin müavini Purfəllah atamın yatdığı xəstəxanaya gedib onunla görüşüb danışıqlar aparıblar. Onlar, təhlükəsizlik əməkdaşlarının evdən çıxması ilə razılaşdıqdan sonra atam aclığı dayandırıb. Bundan başqa, Həsən Ruhani hökuməti atamın digər tələbi, yəni ona açıq və şəffaf məhkəmə keirilməsi istəyinin gerçəkləşdiriləcəyinə çalışacağı barədə vədlər verib.

 

Həkimlərin bildirdiyinə görə atamın səhhəti zəifləyib və o hələ 28 saat da reanimasiya bölməsində həkimlərin nəzarətində saxlanılmalıdır. Hər halda hesab edirəm ki, atamın ev dustaqlığına son qoyulmasa və indiki vəziyyət davam etsə, atamın əleyhinə qarşı irəli sürülən ittihamlara cavab verməsi və onun özünü müdafiə edə bilməsi üçün fürsət və imkan verilməlidir”.

 

80 yaşlı Mehdi Kərrubi, ona qarşı göstərilən psixi təzyiqlərə, həbs müddətinin uzun çəkməsinə və təhlükəsizlik əməkdaşlarının bütün sutka ərzində onun qaldığı evdə onunla birgə qalıb onun hər bir hərəkətinə nəzarət etməsinə etiraz əlaməti olaraq avqustun 16-sı axşam saatlarından quru aclıq aksiyasına başlamışdı. Quru aclığa başlamasının ardınca, Kərrubinin qan təzyiqi kəskin qalxmasından sonra, o avqustun 17-si saat 1 radələrinə ETTELAAT əməkdaşlarının müşayiəti ilə yenidən xəstəxanaya yerləşdirilmişdi.

 

Qeyd edək ki, Mehdi Kərrubi son bir ayda ürəyində yaranmış nasazlığa görə iki dəfə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

 

Mehdi Kərrubi

 

Mehdi Kərrubi, 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan az sonra hərəkatın əsas lideri kimi tanınan Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərdlə eyni vaxtlarda tutulub. O, həmin vaxtdan barəsində hər hansı bir məhkəmə qərarı olmadan 6 ildən çoxdur  ETTELAAT-ın birbaşa nəzarətində olan ev dustaqlığında saxlanılır.

 

 A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04

gun az article

Tehranın Neftayırma Zavodunda yanğın baş verib

2020-06-04

gun az article

İranın Deyləm şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəisi xəstəliyə yoluxub

2020-06-04

gun az article

İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”

2020-06-04

gun az article

Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”

2020-06-04