Kiber hücumlarına görə Amerika hökuməti 10 İran vətəndaşına və 1 şirkətə sanksiya qoyub

Kiber hücumlarına görə Amerika hökuməti 10 İran vətəndaşına və 1 şirkətə sanksiya qoyub

GünAzTV: Amerika Maliyyə Nazirliyi martın 23-də bəyanat yayaraq kiber hücumlarına görə 10 İran vətəndaşına və 1 şirkətə qarşı sanksiya qoyduğunu bildirib.

 

Bəyanatda bildirilir ki, 10 İran vətəndaşı və İran rejiminə məxsus “Məbna” şirkəti, yüzlərlə Amerika universitetinə və beynəlxalq ali təhsil ocaqlarına qarşı haker hücumunda günahlandırılırlar. Bildirilir ki, hazırda beynəlxalq axtarışa verilən iranlı hakerlər, “Sepah” tərəfindən göstəriş alaraq, Amerikanın 146 universitetinin və dünyanın 21 ölkəsində fəaliyyət göstərən 176 beynəlxalq ali təhsil ocağının saytlarını və kompüter sistemlərini dağıdaraq onlara məxsus elmi məlumatları ələ keçiriblər. Qeyd olunur ki, kiber hücumlarında təkcə 3 milyard dollardan çox Amerika universitetlərinə ziyan dəyib.

 

Amerika Maliyyə Nazirliyinin bəyanatında həmçinin bildirilir ki, iranlı hakerlər, dünyada 100 mindən çox amerikalı universitet müəlliminin şəxsi E-mail hesabına hücum edərək, onlardan 8 mininə nüfuz edə biliblər. Qeyd olunur ki, kiber hücumları, İran rejiminə bağlı “Məbna” şirkəti və onunla əməkdaşlıq edən və hazırda axtarışda olan hakerlər, Qulamrza Rəfət Nejad, Ehsan Məhəmmədi, Seyid Əli Mirkərimi, Abdulla Kərima, Mustafa Sadiqi, Səccad Təhmasibi, Məhəmmədrza Səbahi, Ruzbeh Səbahi və Abuzər Gövhəri Müqəddəm tərəfindən həyata keçirilib.

 

Nazirliyin bəyanatında həmçinin bildirilir ki, Amerikanın “HBO” kabel televiziyası şəbəkəsinə qarşı edilən kiber hücumunda, İranın “Məbna” şirkəti və Behzad Mesri adlı şəxs günahlandırılır.

 

 

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN