Kıbrıs məsələsinin həlli üçün keçirilən beştərəfli konfransın birinci mərhələsi yekunlaşdı

Kıbrıs məsələsinin həlli üçün keçirilən beştərəfli konfransın birinci mərhələsi yekunlaşdı

GünAz TV: İsveçrənin (Suis) Cenevrə şəhərində Kıbrıs məsələsində təhlükəsizlik və zəmanətlərin müzakirə olunduğu beştərəfli konfransın birinci mərhələsi yekunlaşıb.

 

Üç gün davam etdirilən görüşlərdən sonra zamin ölkələr Türkiyə, Yunanıstan və İngiltərənin də iştirakı ilə beştərəfli konfrans keçirilməsi müzakirələrin tarixində ilk dəfə reallaşıb.

 

Zamin ölkələrin xarici işlər nazirləri səviyyəsində təmsil olunduğu konfransın açılış iclasından əvvəl Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı ilə Kıbrıs Rum icmasının lideri Nikos Anastasiadis Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibi Antonio Quterreş ilə görüşüb.

 

Quterreş Akıncı və Anastasiadis ilə yanaşı Türkiyəni konfransda təmsil edən xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüş keçirib.

 

Avropa İttifaqı da müşahidəçi kimi konfransda iştirak edib.

 

BMT baş katibi iki liderlə birlikdə keçirdiyi mətbuat konfransında məsələnin həllinə ümidinin olduğunu söyləyib.

 

Quterreş 2017-ci ildə Kıbrısın bütün dünya üçün ümid mənbəyi ola biləcəyini və iki liderə etimadının tam olduğunu bildirib.

 

Keçirilən görüşlərdən sonra isə konfransın yanvarın 18-də Cenevrədə texniki səviyyədə davam etdirilməsi qərarı çıxıb.

 

Xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın hazır olmadığını bildirməsi nəticəsində belə bir qərar qəbul edildiyini bildirib.

 

Şimali Kıbrıs Türk Cümhuriyyəti ilə Rum icması isə razılıq əldə olunmayan mövzuların müzakirə işini davam etdirəcəklər.

 

Bu arada Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidentinin sözçüsü Barış Burcu  Rum icmasının təqdim etdiyi xəritənin qəbul edilməz olduğunu söyləyib.

 

Prezident Mustafa Akıncı xəritənin qəbul edilməz olduğunu məktubla BMT rəsmilərinə bildirib. TRT

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN