Kirmanşah əyalətində müxalif silahlı dəstə üzvləri ilə baş verən qarşıdurmada 1 əsgər həlak olub, 1 “Sepah”çı yaralanıb

Kirmanşah əyalətində müxalif silahlı dəstə üzvləri ilə baş verən qarşıdurmada 1 əsgər həlak olub, 1 “Sepah”çı yaralanıb

GünAzTV: İranın Kirmanşah əyalətində kürd yaraqlı dəstə üzvləri ilə baş verən qarşıdurmada 1 əsgər həlak olub, 1 “Sepah”çı ağır yaralanıb.

 

Hadisə, aprelin 26-sı axşam saatlarında İraq sərhədinə yaxın “Şuşmi Nosud” məntəqəsində baş verib. Bölgədə reyd keçirmək istəyən “Sepah”ın yerli qüvvələri, müxalif yaraqlı dəstənin hücumuna məruz qalaraq tərəflər arasında silahlı qarşıdurma yaranıb. Atışma nəticəsində Kamran Qadirpur adlı əsgər güllə yarası alaraq yerindəcə həlak olub, “Sepah”çı Əlirza Rəfiyi  ağır yaralanaraq xəstəxanaya köçürülüb.

 

Hansı müxalif kürd təşkilatına bağlı olduqları bilinməyən yaraqlı dəstə üzvləri hadisə yerindən qaça biliblər. Onların mümkün tələfatı barədə hər hansı bir məlumat yayılmasa da, insidentdə həyatını itirən əsgərin aprlin 27-də Mahabad şəhərində torpağa tapşırıldığı bildirilir.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN