Kirmanşah əyalətində “Sepah”çılarla kürd yaraqlıları arasında baş verən qarşıdurmada ən azı 5 nəfər həlak olub - FOTOLAR

Kirmanşah əyalətində “Sepah”çılarla kürd yaraqlıları arasında baş verən qarşıdurmada ən azı 5 nəfər həlak olub - FOTOLAR

GünAzTV: İyulun 14-ü axşam saatlarında İranın Kirmanşah əyalətinin İraq sərhəddinə yaxın Nudşe zonasında “Sepah”çılarla yerli müxalif kürd yaraqlıları arasında baş verən silahlı qarşıdurmada hər iki tərəfdən ən azı 5 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

 

“Sepah”ın quru qüvvələrinin Nəcəf qərargahının yaydığı məlumatda, qarşıdurmanın hansı müxalif kürd dəstəsi ilə baş verdiyi açıqlanmasa da, atışmada 3 yaraqlı kürdün öldürüldüyü, birinin isə yaralandığı bildirilir. Məlumatda həmçinin bildirilir ki, atışmada, “Sepah”ın nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının bir üzvü həlak olub.

 

İranın Kürdistan Demokrat Partiyasının bəzi rəsmiləri isə jurnalistlərə açıqlamalarında, “Sepah”çılarla yerli müxalif kürd yaraqlıları arasında qarşıdurmanın, əyalətin dağlıq məntəqəsi sayılan Şahu yüksəkliklərində baş verdiyini bildiriblər. Onların bildirdiyinə görə, qarşıdurmada ən azı 2 “Sepah”çı həlak olub, bir neçəsi isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

 

 

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN