Kirmanşah zindanında daha 3 məhkum dara çəkilib

Kirmanşah zindanında daha 3 məhkum dara çəkilib

GünazTV: İran qətldə və digər digər cinayətlərdə günahlandırılan daha 3 məhkum edam edilib. Məhkumlara çıxarılan ölüm hökmü iki həftə əvvəl icra edilsə də, bu barədə məlumat yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, fevralın 5-i sübh saatlarında Kirmanşahın Dizelabad zindnında dara çəkilən məhkumlardan ikisi, 22 yaşlı Şəhab Nadiri və 38 yaşlı Borzu Məhəmmədi qətldə günahlandırılıb.

 

 Dar ağacından asılan digər məhkumun adı və onun konkret nədə təqsirli bilindiyi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN