KİV: Ötən gün İraqda keçirilən aksiyalarda 13 nəfər həlak olub

KİV: Ötən gün İraqda keçirilən aksiyalarda 13 nəfər həlak olub

GünAz TV: Bazar günü İraqın cənunbunda aksiyaçılarla polis arasında baş verən toqquşmalar zamanı azı 13 nəfər həlak olub, daha 150 nəfər yaralanıb.

 

Bu barədə ölkənin yerli hakimiyyətinə istinadən "Associated Press" agentliyi bildirib.

 

Ölkə rəhbərliyinin nümayəndələri ötən günü keçirilən nümayişi ölkənin cənubunda təxminən iki ay davam edən dövlət əleyhinə bütün aksiyaların ən pisi adlandırıblar.

 

İraqda etiraz aksiyaları oktyabrın əvvəlindən səngimir. İnsanlar şəhərlərin küçələrinə çıxaraq ölkədə həyat şəraitinin pisləşməsinə, gənclər arasında işsizliyin yüksək faizinə və korrupsiyaya etiraz edirlər. "Report"

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN