Koalisiya qüvvələri Əsəd rejiminə sadiq qüvvələri növbəti dəfə vurdu

Koalisiya qüvvələri Əsəd rejiminə sadiq qüvvələri növbəti dəfə vurdu

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ)  başçılığındakı hərbi koalisiya qüvvələri Suriyada Əsəd rejiminə sadiq qüvvələri üçüncü dəfə vurub.

 

Türkiyə mediasının yaydığı məlumata görə, bu barədə məlumat verən koalisiyanın sözçüsü qırıcıların Tanf yaxınlığındakı rejim qüvvələrini və bir insansız hava vasitəsini vurduğunu açıqlayıb.

 

Yayımlanan açıqlamada qeyd olunduğuna görə, koalisiya Suriya yaxud da Rusiya ilə döyüşmək kimi niyyətinin olmadığını və ABŞ-ın dəstəklədiyi suriyalı müxalifətin Tanf bölgəsində terror təşkilatı İŞİD məğlub olanadək qalmaqda davam edəcəyini bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN