Koalisiya qüvvələrinin hücumu nəticəsində Yəməndə bir neçə iranlı zabit və raket mütəxəssisi öldürülüb

Koalisiya qüvvələrinin hücumu nəticəsində Yəməndə bir neçə iranlı zabit və raket mütəxəssisi öldürülüb

GünAz TV: Ərəb koalisiyasının hücumu nəticəsində Yəməndə bir neçə iranlı zabit və raket mütəxəssisi, eləcə də onlarla husi döyüşçüsü həlak olub.

 

Yəmən mediasının yaydığı məlumata əsasən, bu gün koalisiya qüvvələri Sana və Sədədə yerləşən husi qüvvələrini hədəfə alıb. Məlumatlarda bu hücum nəticəsində hərbi müşavir və raket mütəxəssisi polkovnik-leytenant Məhəmməd Niyazinin bir polkovnik və bir kiçik leytenant ilə birlikdə həlak olduğu deyilir.

 

Bundan əlavə, husilərin müşahidə və hərbi əlaqələr üzrə nəzarətçisinin də ölənlər arasında olduğu bildirilir.

 

Qeyd etmək lazımdır ki, iki gün əvvəl ərəb koalisiyası husilərin pilotsuz uçan aparatların havaya qaldırılması üçün istifadə etdikləri iki mövqeyi bombaladığını bəyan etmişdi. Bu hücumda da 1 iranlı zabit həlak olmuşdu.

 

 

Qərb və regionun bir çox ölkələrinin dəfələrlə İranın husilərə raket və pilotsuz uçan aparatlar da daxil olmaqla, müxtəlif döyüş təchizatları göndərdiyi barədə beynəlxalq qurumlara sübutlar təqdim etməsinə baxmayaraq, rəsmi Tehran hər dəfə bu faktları inkar edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN