Körfəz Əməkdaşlıq Şurasına üzv ərəb ölkələrinin silahlı qüvvələrinin qərargah rəisləri: “Hər hansı bir təhdidin qarşısını almağa hazırıq”

Körfəz Əməkdaşlıq Şurasına üzv ərəb ölkələrinin silahlı qüvvələrinin qərargah rəisləri: “Hər hansı bir təhdidin qarşısını almağa hazırıq”

GünazTV: Körfəz Əməkdaşlıq Şurasına üzv ərəb ölkələri silahlı qüvvələrinin qərargah rəisləri oktyabrın 3-də Ər-Riyadda toplaşaraq, regionda hər hansı bir xarici təhdidin qarşısının alınması ilə bağlı birgə bəyanat yayıblar.

 

Bəyanatda İranın Aramco neft təsisatlarına qarşı dron hücumlarına toxunaraq bildirilir ki, Körfəz Əməkdaşlıq Şurasına üzv ərəb ölkələrinin silahlı qüvvələri hər hansı bir xarici təhdidin və ya terrorçu hücumun qarşısını almağa hazırdır: “Körfəz Əməkdaşlıq Şurasına üzv ərəb ölkələrindən hər birinə qarşı hərbi təcavüz, həmin şuranın digər üzvlərinə qarşı təcavüz sayılır və biz Səudiyyə Krallığının öz ərazisini xarici təcavüzdən qorumaq üçün atdığı hər bir addımını dəstəkləyirik.

 

Hesab edirik ki, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-ya qarşı hücumlar, Körfəz Əməkdaşlıq Şurasına üzv ərəb ölkələrinin təhlükəsizliyini açıq-aşkar pozur. Bu isə qəbuledilməzdir” –deyə bəyanatda bildirilir.

 

İclasa qatılanlar həmçinin regionda yaşanan gərgin vəziyyəti və Aramco-ya qarşı hücumları kəskin pisləyərək, regionun ərəb ölkələrini təhdid edən hər hansı bir xarici təhdidin qarşını birgə alacaqlarını bir daha vurğulayıblar.

 

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisd neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN