Körfəzdə təhlükəsizliyin təmin edilməsi üçün Amerikanın rəhbərliyi ilə qurulmuş dəniz koalisiyası rəsmən öz fəaliyyətinə başlayıb

Körfəzdə təhlükəsizliyin təmin edilməsi üçün Amerikanın rəhbərliyi ilə qurulmuş dəniz koalisiyası rəsmən öz fəaliyyətinə başlayıb

GünAz TV: Körfəzdə və Hörmüz boğazında gəmilərin təhlükəsiz və maneəsiz hərəkətinin təşkil edilməsi üçün Amerikanın başçılığı ilə təşkil edilmiş beynəlxalq dəniz donanması öz fəaliyyətinə başlayıb.

 

ABŞ-ın müdafiə naziri Mark Esper Britaniya, Avstraliya və Bəhreyn kimi ölkələrin də daxil olduğu və Amerikanın başçılıq etdiyi bu donanmanın artıq öz missiyasına başladığını rəsmən bəyan edib.

 

Bu koalisiyanın qurulmasının zərurəti “Sepah” terror təşkilatının körfəzdə, beynəlxalq sularda üzən gəmilərə hücum etməsi və Britaniyaya məxsus gəmini saxlamasından sonra irəli sürülmüşdü.

 

Mark Esper bildirib ki, hazırda donanma körfəzdə öz missiyasını həyata keçirir. Britaniya, Avstraliya və Bəhreyn də bu donanmada təmsil olunduqlarını bəyan ediblər. ABŞ müdafiə naziri digər ölkələrlə də onların bu koalisiyaya qoşulmaları və ya əməkdaşlıq etmə perspektivləri barədə müzakirələr aparıldığını deyib.

 

Amerika Müdafiə Nazirliyinin məsələ ilə əlaqədar yaydığı bəyanatda bildirilir ki, “Sentinel Əməliyyatı” adı verilən bu missiya körfəz və Hörmüz boğazında beynəlxalq gəmiçiliyin sərbəst hərəkətini təhlükəyə atan hər bir təhdidlə mübarizə aparacaq.

 

ABŞ müdafiə naziri sonda bəyan edib ki, dəniz donanmasının fəaliyyətə başlaması ölkəsinin İranla müharibəyə girməsi anlamına gəlmir. O, bu addımın regionda daha çox qarşıdurma və gərginliklərin yaranmasına əngəl olmaq üçün atıldığını deyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN