Koronavirus İrandan Küveyt və Bəhreynə yayılıb

2020-02-24 14:10

GünAz TV: Küveyt və Bəhreyn rəsmiləri İrandan bu ölkələrə səfər edən bir neçə nəfərdə koronavirusun aşkarlandığını təsdiqləyiblər.

 

Məlumata əsasən, bir neçə gün öncə İrandan Küveytə qayıdan 3 nəfərdə koronavirus aşkarlanıb. Bundan sonra Küveyt İranda gediş-gəliş əlaqələrini tamamilə kəsməklə bağlı qərar verib.

 

Bəhreyn hökumətinin yaydığı məlumatda isə İrandan bu ölkəyə gələn bir nəfərdə sözügedən öldürücü virusun aşkarlandığı bildirilir.

 

Hər iki ölkənin rəsmiləri virusa yoluxmuş şəxslərin hansı ölkə vətəndaşları olduğunu və İrana nə vaxt səfər etdiklərini açıqlamayıblar. Bununla belə, bəzi media orqanlarında yayılan xəbərlərə görə, Küveytdə xəstəliyin aşkarlandığı 3 şəxs bu ölkənin vətəndaşlarıdır və bir neçə gün öncə İranın Məşhəd şəhərinə səfər ediblərmiş.

 

Digər tərəfdən, Əfqanıstan hökuməti bu ölkədə 3 nəfərin koronavirusa yoluxması ehtimalından sonra Tehranda konsulluq xidmətini qeyri-müəyyən vaxta qədər dayandırdığını bəyan edib. Həmin 3 şübhəli şəxsdən 1-nin isə virusa yoluxduğu məlum olub.

 

Türkiyə isə İranla sərhəd buraxılış məntəqələrini və dəmir yolları əlaqələrini kəsməklə yanaşı, uçuşları da birtərəfli edib. Artır İran vətəndaşları Türkiyəyə hava yolu ilə də gedə bilməyəcəklər.

 

Ermənistan və Gürcüstan da İranla aralarında uçuşları ləğv ediblər. Ermənistan həmçinin bu ölkə ilə olan mərkəzi sərhəd buraxılış məntəqəsini də bağlayıb. Ötən gün Azərbaycan Respublikası, Türkmənistan, Pakistan və İraq da İranla sərhədləri bağlayıblar.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.06.2020: “Etirazlar Corona virusuna tutulanların sayını artırır”

2020-06-06

gun az article

Zərif sabiq amerikalı diplomatla görüşüb

2020-06-06

gun az article

Amerika İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnamə layihəsini Rusiyaya təqdim edib

2020-06-06

gun az article

İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib

2020-06-06

gun az article

Rəsmi Paris İrandan Fəriba Adilxahı azad etməyi tələb edib

2020-06-06

gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04