Koronavirusun yayılması səbəbindən Ekspertlər Məclisinin iclası təxirə salınıb

Koronavirusun yayılması səbəbindən Ekspertlər Məclisinin iclası təxirə salınıb

GünAz TV: İranın Ekspertlər Məclisinin gələn həftənin ortalarında keçirilməsi planlaşdırılan mövsümi iclası təxirə düşüb.

 

Bu barədə məlumat yayan Məclisin idarə heyəti iclasın təxirə düşməsinin səbəbini ölkədə koronavirusun yayılması və Səhiyyə Nazirliyinin bununla bağlı tövsiyələri ilə bağlayıb.

 

Xatırladaq ki, sözügedən toplantının 3-4 mart tarixlərində Tehranda keçirilməsi planlaşdırılırdı. Bu, Məclisə aralıq seçkilərinin keçirilməsindən sonra baş tutacaq ilk iclas idi. Seçkilər nəticəsində 88 yaşlı Məhəmməd Yəzdi və 85 yaşlı Məhəmmədtağı Misbah Yəzdi yenidən Məclisə üzv seçilənlər arasındadır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN