Kral Salman: “İran rejimi dünya terrorizminin başında durur”

Kral Salman: “İran rejimi dünya terrorizminin başında durur”

GünAzTV: Mayın 21-də regionun 55 müsəlman ölkəsinin liderlərinin və ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ər-Riyadda keçirilən beynəlxalq konfransda, Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz əl Səud, İrana qarşı sərt bəyanatlar səsləndirərək, bu ölkəni dünya terrorizminə rəhbərlikdə günahlandırıb. 

 

Konfransın açılış mərasimində çıxış edən kral Salman, İranı beynəlxalq terrorizmə dəstək verməkdə, bölgənin ərəb ölkələrinin daxili işlərinə qarışmaqda, din və islam adından sui-istifadə edərək məntəqədə çaxnaşma yaratmaqda və regionda sabitliyi pozmaqda günahlandırıb: “Biz, 1979-cu ildən, yəni Xomeyni inqilabından bu günə dər dünya terrorizminin başında duran İran rejiminin din adı altında bölgədə törətdiyi cinayətləri onun xalqının hesabına yazmırıq. Biz, ümumiyyətlə millətlərin din və məzhəb əsasında bölüşdürülməsini qəbul etmirik. İrana hakim  sistem, Hizbullah, “Husi”lər, İŞİD, Əl-Qaidə və digər terrorçu qruplaşmalar bir-birinə bənzəyir, terrorizmə dəstək verirlər. Biz, İŞİD-in və bütün terrorçu qruplaşmaların məhvi uğrunda birgə mübarizəmizə və bununla bağlı iradəmizin olmasına təkid edirik.

 

Bu konfransa qatılan ölkələr, terrorizmə və ekstremizmə qarşı mübarizədə mühüm tərəfdaşlardır. Terrorizmin hansı formada olmasına baxmayaraq, biz onu aradan qaldırmaq üçün əməkdaşlığımızı davam etdirəcəyik. Biz təkidlə bildiririk ki, islam dini, rəhmət, sülh və dinc yanaşı yaşamaq dinidir. Lakin özlərini islama bağlayanların bəziləri bu dinin simasına xələl gətirirlər. Bunun isə qarşısı alınmalıdır”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN