Kürd referendumunun nəticələri ləğv ediləcək

Kürd referendumunun nəticələri ləğv ediləcək

GünAz TV: ŞimaliNeçrivan Barzani

İraq Kürd Muxtariyyəti hakimiyyəti müstəqilliklə bağlı referendumun nəticələrini ləğv edəcək.

 

Şimal İraq Kürd Muxtariyyəti hakimiyyəti bunun üçün iki məsələdə zəmanət verilməsini istəyir.

 

APA-nın yaydığı məlumata görə, muxtariyyətin baş naziri Neçrivan Barzani Bağdaddan muxtariyyətin büdcəsinin formalaşdırılması üçün vəsait ayrılması və Şimali İraqa yönəlik hərbi əməliyyat keçirilməməsi yönündə qarantiya almaq üçün fəaliyyətə başlayacaq. Bu məqsədlə kürd lider yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır. N. Barzani Türkiyə prezidentinin bu məsələ ilə əlaqədar Bağdadla Ərbil arasında vasitəçilik etməsini, Türkiyə prezidenti və İraq baş naziri Heydər İbadinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsini istəyir.

 

Qeyd edək ki, sentyabrın 25-də Kürd Muxtariyyətində sözdə müstəqillik referendumu keçirilib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib. Daha sonra İraq ordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində uğurlu əməliyyat keçirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN