Küveyt 15 iranlı diplomata ölkədən çıxmağa vaxt verib

Küveyt 15 iranlı diplomata ölkədən çıxmağa vaxt verib
GünAz TV: «Küveyt hökuməti 15 iranlı diplomata ölkəni tərk etmək üçün vaxt verib».
 

Hökümətin bu addımını şərh edən Küveytin informasiya nazirliyinin açıqlmasında sözü gedən məsələylə bağlı belə deyilib: "Biz Küveytin hüquqlarının müdafiəsi üçün İranın ölkədəki diplomatik nümayəndələrinə qarşı diplomatik tədbirlər gördük".

 

Məlumatda deyilir ki, Küveyt höküməti İran səfirliyinə hərbi attaşe və mədəniyyət üzrə attaşe aparatının bağlanması barədə nota göndərib. Ümumilikdə 15 iranlı diplomata ölkəni tərk etməyə 45 gün vaxt verilib. Bu qərara daxil olmayan İranlı diplomatların sayı isə 4 olduğu deyilir.

 

Küveyt hökuməti bu addımla İranla bütün diplomatik əlaqələrini kəsmiş olur.

 

R.X


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN