Küveyt: “İran təcavüzkar siyasətindən çəkinəcəyi ilə bağlı körfəz ölkələrinə heç bir təklif irəli sürməyib”

Küveyt: “İran təcavüzkar siyasətindən çəkinəcəyi ilə bağlı körfəz ölkələrinə heç bir təklif irəli sürməyib”

GünAz TV: Küveyt Xarici İşlər Nazirliyi İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərifin rəsmi Tehranın körfəz ölkələrinə qarşı yürütdüyü təcavüzkar siyasətdən çəkinmək istiqamətində anlaşma memorandumu təklif etdiyi ilə bağlı səsləndirdiyi fikirlərə reaksiya verib.

 

Nazirlik Küveytə İran tərəfindən belə təklif edilmədiyini və Zərifin hansı anlaşma memorandumundan bəhs etdiyinin məlum olmadığını deyib.

 

Qeyd etmək lazımdır ki, Zərif bu fikirləri ötən həftənin cümə günü Bağdadda öz iraqlı həmkarı Məhəmməd Əl-Həkimlə birgə keçirdiyi mətbuat konfransı zamanı səsləndirmişdi. O, həmçinin İranın körfəz ölkələri ilə “yaxşı münasibətlər” qurmaq istədiyini demişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN