Küveyt rəsmisi Tehranla Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında dialoqun başlanmasını tələb edib

Küveyt rəsmisi Tehranla Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında dialoqun başlanmasını tələb edib

GünAzTV: Yanvarın 25-də Tehrana səfər edən Küveyt xarici işlər nazirinin və bu ölkənin baş nazirinin birinci müavini Şeyx Səbah əl Xalid əl Səbah İran prezidenti Həsən Ruhani ilə görüşdə, mövcud ixtilafları aradan qaldırmaq məqsədilə Tehranla Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında dialoqun başlanmasını tələb edib.

 

Küveyt Əmirinin yazılı məktubunu Həsən Ruhaniyə çatdıran Şeyx Səbah əl Xalid əl Səbah, daha sonra İranın xarici işlər naziri Məhəmmədcavad Zəriflə görüşərək bildirib ki, İranla region ölkələri arasında mövcud olan ixtilafları danışıqlar yolu ilə aradan qaldırmaq lazımdır: “Region ölkələrini təhdid edən ortaq təhlükələri, o cümlədən də terrorizmi nəzərə alaraq hesab edirəm ki, hamımız gələcəyi düşünməliyik. Çünki bölgədəki ölkələr öz məsləhət və maraqlarını başqalarından daha yaxşı ayırd edə bilirlər.

 

Region ölkələri arasındakı ixtilafları və anlaşımazlıqları aradan qaldırmaq üçün onların sakit bir mühitdə bir-biri ilə oturub şəffaf və açıq şəkildə dialoq aparması zəruridir”.

 

Qeyd edək ki, Ruhani bir həftə əvvəl jurnalistlərə açıqlamasında demişdi ki, regionun 10 ərəb ölkəsi, o cümlədən də Küveyt hökuməti, İranla Səudiyyə Ərəbistanı arasında vasitəçilik etməyə hazır olduqlarını bildiriblər. Yanvarın 25-də Küveyt rəsmisi ilə görüşən İran prezidenti bildirib ki, İran İslam Respublikası bölgədə təhlükəsizliyin və sülhün qorunub saxlanılması uğrunda atılan hər bir addımı dəstəkləyir.  

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN