Küveytin əmiri: “İran bölgədə yürütdüyü siyasətini davam etdirsə, regionda heç vaxt sülh və sabitlik bərqərar olmayacaq”

2017-12-06 08:50

 GünAzTV: Küveyt əmiri şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabah dekabrın 5-də ölkədə keçirilən Körfəz Əməkdaşlıq Şurasının açılış iclasında çıxış edərək bölgədə baş verən olaylar və İranın region ölkələrinin daxili işlərinə qarışmasından danışıb.

 

Əs-Sabahın ərəb ölkələrinin toplantısında çıxışı, Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin İran tərəfdarı olan radikal yaraqlı şiə-husilər tərəfindən öldürülməsindən bir gün sonraya təsadüf edib.

 

Küveyt əmiri öz çıxışında bildirib ki, İran regiondakı ərəb ölkələrinin daxili işlərinə qarışmaqdan əl çəkməlidir: “Təəssüflər olsun ki, İran dinc yanaşı yaşamaq, milli hakimiyyət və digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə riayət etmir, bu prinsipi pozur. Əgər İran hazırda bölgədə yürütdüyü siyasətini davam etdirsə, şübhəsiz ki, regionda heç vaxt sülh və sabitlik bərqərar olmayacaq. Bu isə qəbuledilməzdir”.

 

 

Xatırladaq ki, Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh dekabrın 4-də bir qrup tərəfdar və mühafizləri ilə birlikdə paytaxt Sənadan çıxarkən İranın dəstəklədiyi yaraqlı şiə-husi dəstələrinin  hücumuna məruz qalaraq öldürülüb. 2014-cü ildə husilərlə ittifaqa girən və onlarla əməkdaşlıq edən Əli Abdullah Saleh, bir həftə əvvəl həmin ittifaqdan çıxaraq Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasına qoşulması, radikal husilərin qəzəbinə səbəb olmuşdu. Salehin öldürülməsi isə əsasən bununla izah edilir.

 

                                                Yəmənin keçmiş prezidenti Əli Abdulla Saleh

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda daha 386 nəfər koronavirusdan ölüb, 7820 nəfər xəstəliyə yoluxub

2020-10-31

gun az article

İranın hökumət saytı yenidən Azərbaycan Ordusuna və hökumətinə qarşı təxribat xarakterli yazı dərc edib

2020-10-31

gun az article

Cenevrədə XİN rəhbərlərinin görüşü başa çatdı - Yenilənib

2020-10-31

gun az article

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur

2020-10-31

gun az article

Azərbaycan Müdafiə Nazirliyi: Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb

2020-10-31

gun az article

İzmirdə zəlzələdə ölənlərin sayı 24-ə çatdı, 800-dən çox yaralı - Yenilənib

2020-10-31

gun az article

Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib

2020-10-31

gun az article

MN: Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub

2020-10-31

gun az article

Müdafiə Nazirliyi cəbhədə son vəziyyətlə bağlı məlumat yayıb

2020-10-31

gun az article

Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub

2020-10-30

gun az article

Ermənistanın sentyabrın 27-dən törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 91 mülki şəxsi həlak olub, 400-ü yaralanıb

2020-10-30

gun az article

İran rəsmisi: “Hər iki ölkəyə tövsiyə edirik ki, beynəlxalq qanunlara hörmətlə yanaşsınlar və beynəlxalq sərhədləri qorusunlar”

2020-10-30

gun az article

İranda daha 365 nəfər koronavirusdan ölüb, 8011 nəfər virusa yoluxub (Rəsmi statistika)

2020-10-30

gun az article

MN: Düşmənin raket-artilleriya silahları anbarı məhv edilib - VİDEO

2020-10-30

gun az article

İran saytı torpaqlarını işğaldan azad etməyə çalışan Azərbaycan hökumətinə qarşı yalan və böhtan dolu məlumatlar yayıb

2020-10-30

gun az article

“Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir” - Arutyunyan təşvişdə

2020-10-30

gun az article

Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur - RƏSMİ

2020-10-30

gun az article

MN: Düşmənin bir sıra texnikası və canlı qüvvəsi məhv edilib

2020-10-30

gun az article

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb

2020-10-30

gun az article

Azərbaycanda mülki əhalinin qorunması üçün israilli diplomatdan - Təklif

2020-10-29