Latviya Rusiya ilə sərhəddə hasar tikib

Latviya Rusiya ilə sərhəddə hasar tikib

GünAz TV: Latviya (Letoni) ölkəyə qanunsuz girişin qarşısını almaq üçün Rusiya ilə sərhəddə uzunluğu 23 kilometr olan hasar inşa edib.  

 

Bunu Latviyanın Dövlət Sərhəd Mühafizəsinin mətbuat katibi Yevgeni Poznyak bildirib.

 

2017-ci ildə daha 60 kilometr hasarın çəkilməsi planlaşdırılır ki. səddin ümumi uzunluğu cəmi 193 kilometr olacaq.

 

Poznyakın sözlərinə görə, hasarın tikilməsində məqsəd qeyri-leqal miqrantların qarşısının alınmasıdır.

 

Bu il sərhədin möhkəmləndirilməsinə Latviya büdcəsindən 6,3 milyon avro vəsait ayrılıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN