“Lazım gələrsə, edam hökmü üçün də referendum təşkil olunacaq” - Ərdoğan

“Lazım gələrsə, edam hökmü üçün də referendum təşkil olunacaq” - Ərdoğan

GünAz TV: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ümumxalq səsvermənin nəticəsinin bəlli olmasından sonra İstanbulda, Huber Köşkü qarşısında toplanan kütləyə səslənib.

 

Xalqa müraciət edən Rəcəb Tayyib Ərdoğan konstitusiya dəyişiklikliyinə səs verənlərə təşəkkür edib.

 

Dövlət başçısı Türkiyə Böyük Millət Məclisində (TBMM) təsdiqlənib təqdim ediləcəyi təqdirdə edam hökmünü təsdiq edəcəyini bir daha dilə gətirib.

 

TBMM-də qrupu olan 3 partiyanın liderlərinin də "edam hökmünə" dəstək verəcəklərini söylədiklərini xatırladan Ərdoğan deyib ki, dəstəklənməyəcəyi təqdirdə bunun üçün də referundum təşkil edərik.

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN