Litva parlamenti Krım Tatar Sürgününü soyqırım olaraq qəbul etdi

Litva parlamenti Krım Tatar Sürgününü soyqırım olaraq qəbul etdi

GünAz TV: Litva (Litvani) parlamenti Krım Tatar türklərinin Sürgününü soyqırım olaraq qəbul etdi.

 

Litva xarici işlər naziri Linas Linkevicius “twitter” sosial media hesabından Krım tatarlarına 18 may 1944-cü ildə tətbiq olunan sürgünün Litva parlamentində soyqırım olaraq qəbul edildiyini bildirərək deyib:

"Litva parlamenti totalitar Stalin rejimi tərəfindən 75 il əvvəl Krım tatarlarının kütləvi şəkildə torpaqlarından çıxarılmasını soyqırım olaraq qəbul etdi. Çünki bu illərdə məcburən didərginetmə, işgəncə, xəstəlik və aclıqdan çox sayda tatar dünyasını dəyişib.

 

Litva Krım tatarlarının Rusiyanın 2014-cü ildə işğal etdiyi Krımda haqqlarını müdafiəyə davam edəcək."

 

Parlamentdəki səsvermə zamanı 78 millət vəkilindən 77-i qərarın lehinə səs verib, biri bitərəf qalıb. TRT

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN