Livanda polislə nümayişçilər arasında toqquşmalar baş verib - çox sayda yaralılar var

Livanda polislə nümayişçilər arasında toqquşmalar baş verib - çox sayda yaralılar var

GünAz TV: Livanın paytaxtı Beyrutun mərkəzində polis və etirazçılar arasında baş verən toqquşmada nümayişçilər və polis əməkdaşları da daxil olmaqla ən azı 70 nəfər yaralanıb.

 

Trend-in məlumatına görə, bu barədə Al Watania milli agentliyinə Livan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi məlumat verib.

 

Məlumata əsasən, ən az xəsarət alan 30 insan xəstəxanaya çatdırılıb, digərlərinə isə yerində yardım göstərilib.

 

Qeyd edək ki, bundan əvvəl polis birləşmələri etirazçıları dağıtmaq üçün Beyrutun mərkəzindəki su toplarından, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə ediblər. Etirazçılar polis kordonlarından keçərək Plyas Etual meydanında yerləşən prezident sarayına da daxil olmağa cəhd göstərmişdi.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN