Livanın etirazından sonra “Sepah”dan geri addım: “Murtuza Qurbaninin sözləri media tərəfindən təhrif edilib”

Livanın etirazından sonra “Sepah”dan geri addım: “Murtuza Qurbaninin sözləri media tərəfindən təhrif edilib”

GünAz TV: “Sepah” terror təşkilatının sözçüsü Ramazan Şərif Murtuza Qurbaninin son çıxışı və Livanın Müdafiə nazirinin buna etirazı barədə açıqlama verib.

 

O, Murtuza Qurbaninin “Sepah” komandanının müşaviri olmadığını, hazırda Silahlı Qüvvələrdə xidmət etdiyini və sözlərinin media orqanları tərəfindən “yanlış anlaşıldığı və təhrif edildiyini” iddia edib.

 

“Murtuza Qurbani həmin çıxışda İsrailə qarşı hücum etmək üçün bir neçə üsulumuz və potensiyalımız olduğunu diqqətə çatdırmaq istəyib. Lakin onun fikirləri media orqanları tərəfindən yanlış anlaşılıb və buna görə də, təhrif edilib”, - deyə Ramazan Şərif əlavə edib.

 

Xatırladaq ki, Murtuza Qurbani 2 gün öncə etidiyi çıxışda bildirmişdi ki, “İsrail xəta etsə, İrandan raket atmağa ehtiyacımız olmayacaq, elə Livanın ərazisindən bu ölkəni raket atəşinə tutacağıq”.

 

Ötən gün isə Livanın Müdafiə naziri İlyas Bou Saab onun bu sözlərini ölkəsinin suverenliyinə qarşı hörmətsizlik və müdaxilə adlandırmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN