Livanın paytaxtında minlərlə insan etiraz aksiyası keçirib

Livanın paytaxtında minlərlə insan etiraz aksiyası keçirib

GünAz TV: Livanın (Lübnan) paytaxtı Beyrutun mərkəzindəki "Pavşih" və "Riyad əs-Solh" meydanlarında bir neçə min insan hökumət əleyhinə aksiyada iştirak edib.

 

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi bildirib.

 

Oktyabrın 29-da baş nazir Səəd Haririnin istefasından sonra Beyrutun mərkəzində bir neçə gün sakitlik müşahidə olunub. Lakin ictimai fəallar bazar günü sosial şəbəkələr vasitəsilə vətəndaşları yenidən Beyrutda və ölkənin bütün böyük şəhərlərində küçələrə çıxmağa çağırıblar.

 

Livanda hökumət əleyhinə kütləvi aksiyalar oktyabrın 17-də başlayıb. Ölkə əhalisinin təxminən yarısı küçələrə çıxıblar. Aksiyaların birinci və ikinci günü Beyrutun mərkəzində kütləvi iğtişaşlar, mitinqçilərlə və polis əməkdaşları toqquşmalar baş verib. Hakimiyyət orqanları dinc aksiyaçıların təhlükəsizliyini təmin etmək üçün hərbçiləri və daxili təhlükəsizlik qüvvələrini paytaxta toplayıblar. 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN