Liviyada toqquşmalar zamanı öldürülənlərin sayı 51 nəfərə çatıb

Liviyada toqquşmalar zamanı öldürülənlərin sayı 51 nəfərə çatıb

GünAz TV: Tripolidə Milli Marşal Hökuməti və Liviya (Libi) Milli Ordusunun qüvvələri arasında silahlı toqquşmalar zamanı öldürülənlərin sayı 51 nəfərə çatıb.


"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi bildirib.


Məlumata görə, öldürülənlər arasında mülki şəxslər də var. Daha əvvəl "Agence France-Presse" Milli Razılaşma Hökumətinin Səhiyyə Nazirliyinə istinadən 32 nəfərin həlak olması və təxminən 50 nəfərin yaralanması haqqında məlumat yayıb.


BMT nümayəndəliyi zərərçəkmişlərin evakuasiya edilməsi üçün münaqişə tərəflərinə iki saatlıq atəşkəsə əməl etməyi tələb edib.


N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN