Liviyadakı qarşıdurmalarda ölənlərin sayı 213-ə çatıb

Liviyadakı qarşıdurmalarda ölənlərin sayı 213-ə çatıb

GünAz TV: Liviyanın paytaxtı Tripoli və ətrafındakı toqquşmalarda həyatını itirənlərin sayı 213-ə çatıb.

 

Liviyanın paytaxtı Tripoli və ətrafındakı toqquşmalarda həyatını itirənlərin sayı 213-ə çatıb.

 

Beynəlxalq Səhiyyə Təşkilatı Liviya Missiyasının sosial şəbəkə həsabı üzərindən yayılan açıqlamaya görə, general Xəlifə Hafterin aprəlin 4-də paytaxt Tripoliyə istiqamətli hücum göstərişilə baş verən qarşıdurmalarda indiyədək 213 nəfər həlak olub, 1009 nəfər isə yaralanıb.

 

Təşkilatın dünən yaydığı bəyanatda Tripolidəkı toqquşmalarda ən azı 205 nəfərin öldüyü, 913 nəfərin isə yaralandığı bildirilmişdi.

 

Qeyd edək ki, Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Hafter paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə hücum üçün göstəriş verdi. Buna cavab olaraq Milli Həmrəylik Hökumətinə sadiq qüvvələr də “Burkan əl-Qadab” əməliyyatını başlatdı. TRT

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN