Londonda terror aktları törədilib: 7 nəfər ölüb, çox sayda yaralı var

Londonda terror aktları törədilib: 7 nəfər ölüb, çox sayda yaralı var

GünAz TV: Böyük Britaniyanın paytaxtı Londonda naməlum şəxslər tərəfindən üç ayrı-ayrı hücum törədib.

 

Skotlend-Yard (London polisi) tərəfindən yayılan məlumata görə, terror aktları nəticəsində 7 nəfər ölüb.

 

London təcili yardım xidməti isə 2 terror aktında azı 48 nəfərin yaralandığını bildirib. Xidmətin Twitterdə yerləşdirdiyi məlumatda deyilir. "Londonun 5 xəstəxanasına 48 yaralı gətirilib və bir sıra digər yüngül bədən xəsarətləri olanlara isə hadisə yerində tibbi yardım göstərilib".

 

İyunun 4-nə keçən gecə naməlum şəxslər tərəfindən üç ayrı-ayrı hücum törədib, onlardan ikisinin terror aktı olduğu bildirilib.

 

“London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb.   

Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib.   

Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs insanlara hücum edərək bıçaqla xəsarətlər yetirib. 

 

Polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin  terror aktı olduğunu rəsmi təsdiqləyib. Polis Voksholl rayonundakı insidentin onlarla əlaqəli olmadığını iddia edir.

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN