Loristanda tayfa davası qanlı sonluqla nəticələnib

Loristanda tayfa davası qanlı sonluqla nəticələnib

GünAz TV: Cümə günü İranın Loristan vilayətinin Xürrəmabad şəhərində qanlı olay yaşanıb.

 

İki tayfa arasında olan ziddiyyətlər silahlı qarşıdurmaya çevrilib. Çoxlu sayda insan arasında baş verən atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

 

Polisin verdiyi məlumata görə, atışmada iştirak edən 30 nəfər hadisə yerində saxlanılıb. Hadisənin digər iştirakçılarının tapılması istiqamətində isə işlər davam edir.

 

Tayfalar arasında ziddiyyətlərin nədən qaynaqlandığı hələ ki, məlum deyil.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN