Mahathir Məhəmməd: “İranla ticarət əlaqələrini minimuma endirəcəyik”

Mahathir Məhəmməd: “İranla ticarət əlaqələrini minimuma endirəcəyik”

GünAzTV: BMT Baş Assambleyasına qatılmaq üçün Nyu-Yorka səfər edən Malayziyanın baş naziri Mahathir Məhəmməd oktyabrın 1-də jurnalistlərə açıqlamasında ölkəsinin İranla ticarət əlaqələrini məhdudlaşdıracağından xəbər verib.

 

Amerhikanın İrana qarşı tətbiq etdiyi sanksiyalara toxunan Mahathir Məhəmməd deyib ki, Malayziya lazım olsa İranla hətta bütün iqtisadi münasibətlərini də dayandıra bilər: “Bizim Amerikanın sanksiyalarına və İranla ticarət əlaqələrinə qoyduğu qadağalara riayət etməkdən başqa yolumuz yoxdur. Düzdür, İranla ticarət əlaqələrini kəsməyin bizə müəyyən ziyanları da olacaq. Lakin biz dünyanın digər ölkələri ilə iqtisadi əməkdaşlığımızı genişləndirməklə bu ziyanı aradan qaldırmağa çalışacağıq”.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncamına əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN