Mahmud Əhmədinejad xalqın etiraz aksiyası keçirməsinə icazə verilməsini istəyib

Mahmud Əhmədinejad xalqın etiraz aksiyası keçirməsinə icazə verilməsini istəyib

GünAz TV: İranın sabiq prezidenti Mahmud Əhmədinejad bu ölkənin Daxili İşlər Nazirliyinə məktub göndərərək xalqın müxtəlif vəzifəli şəxlərin davranışlarına, ölkənin siyasəti və dövlət idarəçiliyi formasına etiraz mitinqləri keçirməsinə icazə verilməsini istəyib.

 

Əhmədinejadın məktubu göstərir ki, İran rejimi ötən 40 il ərzində qanuni etiraz aksiyalarının təşkil edilməsi üçün heç vaxt lisenziya verməyib.

 

Qeyd edək ki,  Mahmud Əhmədinejad prezidentlik postundan gedəndən sonra İran rejiminin müxaliflərindən birinə çevrilib. Hətta Əhmədinejadın prezidentlik dövrü bitdikdən sonra yaxınlarından olan Həmid Bəqayi, İsfəndiyar Rəhim Məşayi və Əli Cavanfikir həbs edilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN